İnsanların sağlamlığı üçün zərərli olan smartfonların adları açıqlanıb

CNET-dən olan fransalı ekspertlərin apardıqları araşdırma nəticəsində bəzi aparatların şüalanma dərəcəsi müəyyən edilib.
 
Araşdırma nəticəsinə əsasən, "Samsung Electronics" şirkətinin istehsal etdiyi smartfonlar nəzərəçarpacaq dərəcədə daha az elektromaqnit dalğaları şüalandırır. Onlar arasında ən az şüa buraxan isə "Galaxy Mega" smartfonudur.
 
Ən təhlükəsiz xüsusi udma əmsalı (SAR) səviyyəsi nisbətən ucuz qiymətə satılan bu "Samsung" aparatındadır: kiloqrama 0,142 vatt.
 
"iPhone 6"da isə SAR heç də ümidləndirici deyil: 0.972 Vt/kq.
 
Ən yüksək SAR səviyyəsi "HTC One Mini 2"də aşkarlanıb: 1.46 Vt/kq. Onunla eyni sırada "Nokia Asha 503" (1,43 Vt/kq) və "Apple iPhone 5S" (0,979 Vt/kq) smartfonları durur.
 
"Apple"nin cari nəsil flaqmanı "iPhone 6"ya gəldikdə isə, o, elektromaqnit şüalanma səviyyəsinə görə, "Samsung Galaxy Note" (0,241 Vt/kq), "Galaxy S6 Edge" (0,334 Vt/kq), LG G3 (0,291 Vt/kq), "BlackBerry Passport" (0,33 Vt/kq) və "HTC Desire 620"dən (0,362 Vt/kq) irəlidədir.
 
Qeyd edək ki, dünyada pərakəndə satışa çıxarılan smartfonlar üçün SAR-ın maksimal göstəricisi 2 Vt/kq təşkil edir. Cənubi Koreyada isə bu hədd daha sərtdir: 1,6 Vt/kq.

Google+ WhatsApp ok.ru