İnsanlar üçün yeni təhlükə: Super virusa çarə tapılmır

İnsanlar üçün yeni təhlükə: Super virusa çarə tapılmır

Avstraliyanın Melburn Universitetinin alimləri staphylococcus epidermidis adlı bakteriyanın müxtəlif antibiotiklərə qarşı müqavimətinin olduğunu aşkar ediblər.
 
Maide.Az "sputnik"ə  istinadla xəbər verir ki, Avropada meydana gələn bu superbakteriya Yer kürəsinə sürətlə yayılmağa başlayıb.
 
Avstraliyada 2012-ci ildə bir xəstənin dərisində tapılan superbakteriyanı 6 ildir araşdıran Jen Li bu bakteriyanın ən güclü antibiotiklər olan rifampicin və vancomycinə müqavimət göstərdiyini müşahidə edib.
 
Mütəxəssislər hələ də bu superbakteriyanın müalicə üsulunu tapa bilmədiklərini deyiblər.
 
Bu bakteriya 10 ölkədə müşahidə edilib.
 
Mütəxəssislər bildiriblər ki, bu bakteriyaya tutulan xəstə nə qədər çox antibiotik qəbul edərsə virusda daha çox antibiotikə qarşı immunitet yaranır.

Google+ WhatsApp ok.ru