İnsanın öz-özünə danışması nədən xəbər verir?

İnsanın öz-özünə danışması nədən xəbər verir?

Adətən biz özü-özüylə danışan insana ən azından qəribə insan kimi baxırıq.
 
Lakim Amerika alimləri yeni araşdırmalar zamanı aşkar ediblər ki, bu vərdiş yüksək intellektdən xəbər verir və həmçinin stress və depressiyadan yaxa qurtarmağa kömək edir.
 
Maide.İnfo saglamolun.az-a istinadən xəbər verir ki, bunu Miçiqan Universiteti (ABŞ) alimləri 2 müstəqil eksperiment keçirdikdən sonra aşkar edib.
 
Eksperimentlər zamanı alimlər iştirakçılara hər hansı stresli vəziyyəti özü-özüylə danışmaqla müzakirə etməyi təklif edib. Nəticədə məlum olub ki, bu üsul emosiyaları tənzimləməyə, stresdən azad olmağa kömək edir.
 
Psixoloqlar bu üsulu tez-tez həyacan və streslərlə üzləşən insanlara tətbiq etməyi tövsiyə edir.

Google+ WhatsApp ok.ru