İnstagram-a daxil olmaqda problem yarandı

İnstagram-a daxil olmaqda problem yarandı

Dünyanın məşhur şəkil paylaşımı sosial platforması olan İnstagram-a daxil olmaqla bağlı problem yaranıb.
 
Dünyanın hər yerindən istifadəçilər Twitter vasitəsilə İnstagram-a daxil olmaqda problemlə üzləşdiklərini bildiriblər.
 
İnstagram serverlərin vəziyyətlərinə baxıldıqdan​ sonra problemin mayın 16-sı axşam saat 22:00 radələrində başladığı məlum olub.
 
Problemin gərginlik xəritəsinə baxıldıqda isə Amerika Birləşmiş Ştatlarında iştirak edən İnstagram serverlərində problemin yarandığı müəyyən olunub.
 
İnstagram-da baş verən problem gecə saat 00:00 radələrində başa çatıb. (deyerler) /
 

Google+ WhatsApp ok.ru