`İnstagram`dan silinən şəkilləri yenidən paylaşılması üçün FUNKSİYA

`İnstagram`dan silinən şəkilləri yenidən paylaşılması üçün FUNKSİYA

"İnstagram" sosial şəbəkəsi yeni bir funksiyasını istifadəyə verib. Bundan sonra istifadəçilər seçdikləri fotoları silsələr də, arxiv xüsusiyyəti sayəsində yenidən paylaşa biləcəklər.
 
"İnstagram" istifadəçiləri bəzi paylaşımlarının kifayət qədər yaxşı olmadığını və ya kifayət qədər bəyənilmədiyini düşünəndə fotoşəkillərini silir. Ancaq bəzi istifadəçilər daha sonra fotoşəkillərini sildikləri üçün peşman da olur.
 
"İnstagram" bunun qarşısını almaq üçün yeni bir funksiyasını istifadəyə verib.
 
Arxiv xüsusiyyəti sayəsində başqalarının görməsi istənilməyən fotolar profil hissəsindən bu hissəyə köçürülə biləcək. Çəkilən fotoşəkillərin sağ üst hissəsində yerləşən "arxivlə" variantını seçərək, qovluğunuza əlavə etdiyiniz bütün məzmunlara baxa bilərsiniz.
 
Arxiv hissəsindəki fotolara yalnız profilin sahibi baxa biləcək və buraya daxil edilən fotoşəkillər istənildiyi təqdirdə təkrar profil qismində ilk əlavə olunduğu tarix və saat müddətində nəşr olunacaq.
 
Hazırda məhdud sayda istifadəçinin səhifəsində istifadə olunan arxiv xüsusiyyətinin qarşıdakı aylarda bütün profillərdə istifadə oluna biləcəyi bildirilib. (deyerler) /

Google+ WhatsApp ok.ru