'İnstagram'ın işində nasazlıqlar müşahidə olunur 22 Avqust 2019 09:25 Maraq dünyası Bir sıra ölkələrdən olan "İnstagram" istifadəçiləri sosial şəbəkədə olan nasazlıqlardan şikayətlənirlər. Trend-in məlumatına görə, bu barədə "Downdetector" saytında bildirilib. Məlumata əsasən, problemlər barədə daha çox ABŞ, Braziliya və Almaniyada qeydə alınıb. Həmçinin Böyük Britaniya, Fransa, Niderland, İtaliya, Avstriya və İsveç sakinləri də sosial şəbəkənin xidmətindən yararlanmaqda çətinliklərlə üzləşiblər. İstifadəçilərin əksəriyyəti (61%) xəbər lentası ilə bağlı problemlərdən şikayət edir, istifadəçilərin 13%-i sosial şəbəkələrdə hekayələrə baxmaqla bağlı, 24% -i isə "İnstagram"-a girişdə problem yaşayır. Teqlər : #'İnstagram'ın,#işində,#nasazlıqlar,#müşahidə,#olunur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Apple TV+ xidmətini işə salır Pilot huşunu itirdi, təyyarəni sərnişin endirdi