İnstitut direktoru: `Əhalinin yaş strukturunda yuxarı yaş kateqoriyalarının çəkisi artır`

İnstitut direktoru: `Əhalinin yaş strukturunda yuxarı yaş kateqoriyalarının çəkisi artır`

“Təbiətin insan üçün qoyduğu bioloji ömür müddəti 120 ildir. Yəni, insan bu qədər müddət yaşamağa qadirdir. Əsrlər böyu ömrün müddətinin uzanması tendensiyası olub və indi bu hal Azərbaycanda da müşahidə edilir”.
 
Maide.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akadmeiyasının Fiziologiya İnstitututun direktoru Ulduz Həşimova deyib. O bildirib ki, hazırda bütün dünya yaşlanma problemi ilə üzləşib.
 
Xüsusilə bu tendensiyanın aparıcı ölkələr üçün səciyyəvi olduğunu söyləyən institut direktoru qeyd edib ki, əhalinin yaş strukturunda yuxarı yaş kateqoriyalarının xüsusi çəkisi artır: “Bu isə o deməkdir ki, əgər bu gün dünya ölkələrində əhalinin 10%-ni 80 və ondan yuxarı yaşlı insanlar təşkil edirsə, 10 ildən sonra bu rəqəm 20-25% olacaq. Bir tərəfdən bu, yaxşı göstəricidir. Amma digər tərəfdən də cəmiyət, bütün ölkələr iqtisadi, sosial, tibbi cəhətdən buna hazır olmalıdır”.
 
U. Həşimovanın sözlərinə görə, yaşlanma problemi ilə mübarizə aparmaq üçün tibbi təhsilin, tibbi yardımın strukturunda müəyyən dəyişikliklər etmək lazımdır.
 
O deyib ki, hazırda Azərbaycan Tibb Universitetinin mütəxəssisləri, səhiyyə işçiləri ilə bu istiqamətdə birgə işlər görülür. İnstitut direktoru vurğulayıb ki, birgə fəaliyyət nəticəsində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nəzdində ilk dəfə olaraq "Geriatriya şöbəsi"  yaradılıb və burada 60 yaşdan yuxarı olan insanlara xidmət göstərilir. 
 

Google+ WhatsApp ok.ru