İnternetdə anonim şərhlər qadağan olunur -Qazaxıstanda

İnternetdə anonim şərhlər qadağan olunur -Qazaxıstanda

-- İnternet istifadəçiləri ya sms, ya da hökumətin elektron portalı vasitəsiylə...

Qazaxıstanda internetdə anonim şərhlər qadağan olunub.
 
Qanunu prezident Nursultan Nazarbayev imzalayıb. Bundan sonra internet istifadəçiləri ya sms, ya da hökumətin elektron portalı vasitəsiylə qeydiyyatdan keçməli olacaqlar.
 
Hökumət hesab edir ki, bu addımlar internetdə təhqir, eləcə də milli və dini bölücülüyün qızışdırılmasını əngəlləyəcək.
 
Hakimiyyət israrla bildirir ki, bu qaydalar istifadəçilərin psevdonimdən istifadəsini qadağan etmir. Amma saytlar uydurulmuş adla yazanın kimliyini onsuz da biləcək.
 
Tənqidçilərin fikrincə, dəyişikliklər siyasi motivli cinayət işlərinin sayının artmasına gətirəcək. Qazaxıstanda siyasi rəhbərliyin tənqidinə görə iki il müddətinə azadlıqdan məhrumetmə, “ailə və şəxsi sirlərin” yayılmasına görə yeddi illik həbs nəzərdə tutulur.
 

Google+ WhatsApp ok.ru