İnternetin kompüterlərinizi yoluxdurma təhlükəsindən xəbəriniz var?

İnternetin kompüterlərinizi yoluxdurma təhlükəsindən xəbəriniz var?

-- İnternet üçün ən təhlükəsiz ölkələr hansılardı

Azərbaycanda kompüterlərin 21,14 faizi internet vasitəsilə yoluxma riskinə məruz qalır.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə “Kasperski laboratoriyası”nın 2017-ci ilin 3-cü rübü üzrə “İnformasiya təhdidlərinin inkişafı” icmalında deyilir.
 
Bu ilin birincü rübü ilə müqayisədə bu göstərici 7,3 faiz azalıb.
 
Azərbaycan bu göstərici ilə 20 ölkə arasında 7-ci yerdə qərarlaşıb. İlk onluqda Belarus, Əlcəzair, Rusiya, Ermənistan, Moldova, Yunanıstan, Qırğızıstan, Özbəkistan və Albaniya yer alıb.
 
İcmalda qeyd olunub ki, internet üçün ən təhlükəsiz ölkələr İran, Sinqapur, Puerto-Riko, Niger və Kuba hesab olunub.
 

Google+ WhatsApp ok.ru