İnternetin qiyməti endirildi

İnternetin qiyməti endirildi

-- yeni sərfəli tariflər GPON texnologiyası vasitəsilə xidmət alan bütün internet abunəçiləri üçün...

“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”)  genişzolaqlı internet istifadəçiləri üçün qiymətləri endirdi.
 
Maide.Az "baktelecom" saytına istinadən məlumat verir ki, belə ki, yeni sərfəli tariflər GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası vasitəsilə xidmət alan bütün internet abunəçiləri üçün tətbiq edilib.
 
Eyni zamanda 10 və 20 Mbit/s sürət istifadəçiləri üçün nəzərdə tutulan məbləğə telefon xidməti də daxil edilib. Yəni, abunəçi tətbiq olan tarif əsasında bir məbləğ ödəməklə 2 xidmətdən – internet və sabit telefon şəbəkəsindən faydalana bilər.
 
Qeyd edək ki, GPON internet xidməti fiber optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir. Hazırda Bakı şəhəri üzrə 30 min mənzilə xidmət göstərilməsi üçün infrastruktur yaradılıb. Yaxın 1 il ərzində bu göstəricinin artırılması planlaşdırılır.
 
“Baktelecom”un genişzolaqlı internet xidməti üzrə tətbiq olunan yeni tariflər haqqında məlumatı www.baktelecom.az saytına və ya “155” qısa nömrəsinə müraciət etməklə əldə edə bilərsiniz.
 

 

Google+ WhatsApp ok.ru