İnternet yenə fasilələrlə verilir

Noyabrın 16-da telekommunikasiya və informasiya texnologiyaları bazarında fəaliyyət göstərən əsas internet provayderi “Delta Telecom” şirkətinin şəbəkəsində baş verən yanğın  ölkə ərazisində internetin yayımında ciddi problemlərlə müşahidə olunub. Şirkət rəsmilərinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamalarına görə problem tamamilə aradan qaldırılıb.
 
Lakin ayrı-ayrı provayderlər problemin hələ də davam etdiyini bildirir. Onlar qeyd edirlər ki, “Delta Telecom”a edilən müraciətlərdə fasilə yaranmasının da tezliklə aradan qaldırılacağını deyiblər.
 
Şirkətdən provayderlərə verilən məlumatda bildirilib ki, bu nasazlığın tam aradan qaldırılmaması ilə bağlıdır.
 
“Delta Telekom”un daxili xidmət rəhbəri Anar Gülməmmədov isə problemin tam olaraq aradan qalxdığını bildirib: 
 
“Bu həmin provayderlərin özü ilə bağlı nasazlıq ola bilər. Tərəfimizdən bütün lazımi tədbirlər görülüb. 1-2 dəqiqəlik fasilələrin yaranması isə mümkündür. Amma ümumilikdə heç bir problem yoxdur”.  

Google+ WhatsApp ok.ru