İntihar baş verən klinikanın baş həkimi danışdı

Bakıda “Xəzər” klinikasının baş həkimi xəstəxanada baş verən intihar hadisəsi barədə danışıb. 
 
Klinikanın baş həkimi İlqar Yusifovun ANS-ə verdiyi məlumata görə, əslində intihar edən klinikada təsərrüfat işləri üzrə müdirin müavinidir.
 
Baş həkimin sözlərinə görə, 63 yaşlı Nəbiolla Heydərli ailə problemlərilə əlaqədar özünü asıb.
 
“Onun intiharının klinika ilə heç bir əlaqəsi yoxdur. Klinikanın arxasında təsərrüfat otağı var, orada intihar edib. Özü ailəsilə birlikdə Nərimanovda qalırdı. Heç bir xəstəliyi olmayıb”, - deyə İlqar Yusifov bildirib.
 
Qeyd edək ki, Nəbiolla Heydərli ailəlidir və 2 övladı var.
 

Google+ WhatsApp ok.ru