İntiharlar ciddi sosial problemə çevrilir

İntiharlar ciddi sosial problemə çevrilir

"Novoye Vremya" qəzetində "İntiharlar ciddi sosial problemə çevrilir" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, ölkə mediası hər gün bir neçə intihar olayından bəhs edir. Ancaq xəbərlərdə ya intiharların səbəbləri göstərilmir, ya da ondan çox səthi danışılır.
 
Yazıda vurğulanır ki, bu sırada yalnız fotoqraf Natiq Müslümovun intihara əl atmasının səbəbi aydındır. Fotoqraf kreditə götürdüyü fotoaparatın pulunu ödəyə bilmədiyindən canına qıymalı olub.
 
Müəllif bank borcuna görə intihar olaylarının üzərində xüsusi olaraq dayanır: "Problem bundan ibarətdir ki, belə intiharlar son zamanlar dəfələrlə artıb. Daha doğrusu, "kredit intiharları" ölkədə intiharların əsas səbəbinə dönüb. Hakimiyyətin və bankların ödənilməmiş kreditlər problemini həll etmək istəməmələri durumu daha da mürəkkəbləşdirir. Problemli kreditlərin həcmi artır, buna uyğun da ödəniş edə bilməməsi üzündən canına qəsd edən vətəndaşlarınsayı artır".
 
Müəllif hesab edir ki, Azərbaycan hakimiyyəti durumun ciddiliyini kifayət qədər dərk etmir, buna görə də bu sahədə hər hansı profilaktik iş aparılmır: "İntiharla bağlı profilaktik iş aparmaq olar, bunu Avropa ölkələrinin təcrübəsi də göstərir. Unutmaq olmaz ki, iqtisadi böhran vətəndaşların ovqatına kifayət qədər ciddi təsir edib, iş yerlərinin itirilməsi, kəskin bahalaşma sabaha inamın itməsinə səbəb olub". /

Google+ WhatsApp ok.ru