İntiqam Əliyevin apellyasiya şikayəti təmin olunmadı

Hüquqşünas İntiqam Əliyevin həbs-qətimkan tədbirinin uzadılmasından apellyasiya şikayəti təmin olunmayıb. Hüquqşünas özü səhhətindəki problemlərə görə prosesdə iştirak edə bilməyib. Bu barədə onun vəkili Cavad Cavadov facebook səhifəsində yazıb.

Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon məhkəməsinin həbs-qətimkan tədbirinin uzadılmasından, eləcə də hüquqşünasın ev dustaqlığına buraxılmasından şikayətə baxıb.

İntiqam Əliyevin həbs müddəti oktyabrın 24-də 3 ay uzadılıb. Nəsimi rayon Məhkəməsi İntiqam Əliyevin həbs müddətini uzadıb və onun ev dustaqlığına buraxılması haqqında vəsatəti təmin etməyib. Həmin prosesdə hüquqşünasın durumu qəfil pisləşib.

İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib. azadlig.org//

Google+ WhatsApp ok.ru