İntiqam Əliyev barəsində cinayət işi üzrə məhkəmə baxışı fevralın 3-nə təyin olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan vəkil İntiqam Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə
İntiqam Əliyevin vəkilləri cinayət işinə xitam verilməsi, vəsatət təmin olunmayacağı halda onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, prosesdə vəkillərinin yanında əyləşməsi və s. vəsatətlər veriblər.
 
Məhkəmə vəsatətləri təmin etməyib.
 
İ. Əliyev sədri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin aldığı bütün qarantların Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini bildirib.
 
Məhkəmənin baxış iclası fevralın 3-nə təyin edilib.
 
Qeyd edək ki, İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Google+ WhatsApp ok.ru