İntiqam Əliyevin səhhətindəki problemlər ciddiləşib

İntiqam Əliyevin səhhətindəki problemlər ciddiləşib. Bu haqda İntiqam Əliyevin qızı Nərmin Kamilsoy özünün "facebook" səhifəsində yazıb:
 
"Ata zəng eləmişdi. Belində problemlər qaldığına və uzun müddət ayaq üstə durmağa çətinlik şəkdiyinə görə bu həftə də gedib baş çəkə bilməyəcəyik, artıq 2 həftədən çoxdur ki, görüşə bilmirik. Həmçinin vəkillər də uzun müddətdən sonra dünən və bu gün gediblər, otura bilmədiyinə görə onlarla da görüşləri qısa olub.
 
Atamın müalicəsi kamera şəraitində,hər hansı muayine aparılmadan davam etdirilir. Dünən Ombudsman Aparatının nümayədələri də atama baş çəkib, her zamankı kimi saytlarında "Heç bir problemi yoxdur,her sey yaxşıdır" yazıblar. Atama eyni zamanda, 20 gündən çoxdur ki, "Azadlıq" qəzeti də verilmir, baş verənlərdən xəbərsizdir. Yazdığı məktublar isə əlindən alınır. Bakıda baş verən yanğına, yanğında dünyasını dəyişənlərə görə çox üzüldüyünü bildirdi, dünyasını dəyişənlərə rəhmət, yaxınlarına səbr dilədi. Ata ona dəstək olanlara, məktub yazan dostlara, yaxınlara  təşəkkürünü bildirdi, onları çox sevdiyini söylədi".

Google+ WhatsApp ok.ru