İntiqam Əliyevin vəkili: “İntiqam Əliyevin müalicə mərkəzinə keçirilməsinə ehtiyac var”

“İntiqam Əliyevin vəsadəti Apelyasiya Məhkəməsində  təmin edilmədi. Bu baxımdan da işi Ali Məhkəməyə hazırlayırıq”. 
 
Bunları Deyerler.org-a açıqlama verərkən İntiqam Əliyevib vəkili Fəxrəddin Mehdiyev bildirib. 
 
O qeyd edib ki, Ali Məhkəməyə veriləcək sənədlərin yekunlaşma prosesi gedir: “Mən İntiqam Əliyevlə həftənin bazar ertəsi 31 avqustda görüşdüm. Müəyyən mövzularda söhbətlərimiz oldu.
 
Səhhətində narahatlıqlar var. Biz görüşdüyümüz vaxt qızdırması, bədənində müəyyən ağrıları var idi. Eyni zamanda özünü çox halsız hiss edirdi. Kifayət qədər xəstəlik əlamətləri var idi. Onunla əlaqədar olaraq düşünürük ki, müalicə mərkəzinə köçürülməsi ilə bağlı müəyyən addımlar ataq. Bu istiqamətdə müəyyən vəsadətlər verək.
 
İntiqam Əliyevin vəsadəti Apelyasiya Məhkəməsində  təmin edilmədi. Bu baxımdan da işi Ali Məhkəməyə hazırlayırıq. Ali Məhkəməyə sənədləri vermək üçün kifayət qədər vaxtımız var. Amma biz yaxın günlərdə işi Ali Məhkəməyə təqdim edəcəyik. Artıq sənədlərin yekunlaşma prosesi gedir. Avropa Məhkəməsində isə iş icraata verilib”. /

Google+ WhatsApp ok.ru