İntizarçıların vəzifələri – İmamı örnək bilmək

İntizarçıların vəzifələri – İmamı örnək bilmək

İmam Məhdinin (ə) həyat tərzi, rəfrar və xüsusiyyətləri ilə tnaış olduqdan sonra ona itaət etmək və onu örnək bilmək zərurəti yaranır.
 
Peyğəmbər (s) buyurur: “Xoş olsun Əhli-beytimizdən (ə) olan Qaimi qiyamından öncə tanıyanların, ona və ondan əvvəlki imamlara itaət edənlərin, onların düşmənlərindən bezarlıq edənlərin halına! Onlar mənim dostlarım və ümmətimin ən əzizlərdir.” (“Kəmalud-din”, c.1, fəsil 25, hədis 3, səh.535.)
 
Şübhəsiz, təqva, ibadət, sadə yaşayış, səxavət, səbir və bütün əxlaqi səciyyələrdə imama iqtida edən şəxs ilahi rəhbər yanında uca məqama sahib olar, hüzuruna çatdıqda isə başıuca olar və bununla fəxr edər. Doğrusu, dünyada ən gözəl hadisələrin baş verməsini arzulayan intizarçı şəxs əməllərini gözəlliklərlə bəzəməkdən, çirkinlikləri özündən uzaqlaşdırmaqdan, əməl və etiqadlarını qorumaqdan başqa nə etməlidir? Əks-təqdirdə, get-gedə çirkinliklər tələsinə düşər, özü ilə məşuqu arasındakı məsafə artar.
 
Vəd edilmiş imam bu haqda insanlara belə xəbərdarlıq edir:
 
فَما يَحبِسُنا عَنهُم إلّا ما يَتَّصِلُ بِنا مِمّا نَكرَهُهُ ولا نُؤثِرُه مِنهُم
“Şiələrdən gözləmədiyimiz və bəyənmədiyimiz əməllərindən bizə çatanlardan başqa bir şey bizi onlardan ayıra bilməz.” (“Biharul-ənvar”, c.53, səh.177.)
 
İntizarda olanların ən son arzusu imam Məhdinin (ə) ədalətli quruluşuna şərik olmaq və ona yardımçı şərəfinə nail olmaqdır. Görəsən, özünü tərbiyə etməyən və gözəl əxlaqa bəzənməyən insanın belə bir səadətə çataması mümkündürmü?
 
İmam Sadiq (ə) buyurur:
 
مَنْ سُرَّ أَنْ يَكُونَ مِنْ أَصْحَابِ الْقَائِمِ فَلْيَنْتَظِرْ، وَ لْيَعْمَلْ بِالْوَرَعِ وَ مَحَاسِنِ الْأَخْلَاقِ وَ هُوَ مُنْتَظِرٌ
 
“Qaimin (ə) dostlarından olmaq istəyənlər onun itnizarında olmalı, intizarda ikən təqva və gözəl əxlaqla rəftar etməlidir.” (“Əl-qeybət”, Nömani, fəsil 11, hədis 16, səh.207.)
 
Aydındır ki, bu arzunun gerçəkləşməsi istiqamətində bütün gözəlliklərə sahib olan İmam Məhdidən (ə) üstün nümunə və örnək ola bilməz. 
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru