Bakı, Sumqayıt və Gəncədə şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı xidmət saatlarına dəyişiklik edilib

Bakı, Sumqayıt və Gəncədə şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı xidmət saatlarına dəyişiklik edilib

Bakı, Sumqayıt və Gəncə "ASAN xidmət" mərkəzlərində vətəndaş müraciətlərinin daha çox olduğu şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı xidmət saatlarına dəyişiklik edilib.
 
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (“ASAN Xidmət”) APA-ya verilən xəbərə görə, dəyişikliyə əsasən, həmin mərkəzlərdə müvafiq xidmətlə bağlı həftənin beş günü saat 09:00-dan 20:00-dək fasiləsiz növbə sistemi fəaliyyət göstərir. Eyni zamanda  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə birgə xidmət prosesində təkmilləşdirmə işləri aparılır.
 

Google+ WhatsApp ok.ru