Nuri Əl Maliki istefa verdi

İraqın  baş naziri öz postundan istefa verdiyini açıqladı
 
Maide.az-ın İraq mediasına istinadən verdiyi xəbərə görə, İraqın  baş naziri Nuri Əl Maliki  tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
 
O dünən TV-də çıxış edərək deyib: "Baş nazirlik iddiasından əl çəkirəm. İraqın yüksək mənafeyi üçün baş nazirlik postunu dəyərli qardaşım Heydər Əl İbadiyə buraxıram. Ey İraq xalqı, heç bir məqam istəmirəm, mənim məqamım yalnızca Allahın verdiyi məqam və sizin mənə göstədiyiniz sayqıdır. Bu da mənim üçün ən böyük şərəf və fəxrdir. Ona görə də, burdan açıqlayıram ki, yeni hökümətin qurulması üçün mən baş nazirlik postumdan istefa verirəm. İraq üçün əsgər olmağa hazıram. Terrorla mübarizə edən, vətənin parçalanmasının qarşısını alacaq bir hökümətin qurulmasını istəyirəm."
 
Qeyd edək ki, hazırki baş nazir Heydər Əl İbadi Nuri Əl Malikiyə qarşı öz çıxışlarında mənfi heç bir şey deməmişdi.

Google+ WhatsApp ok.ru