Nursultan Nazarbayev istefa verib

Nursultan Nazarbayev istefa verib

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev vəzifəsindən getdiyini açıqlayıb.
 
Maide.Az Trend-ə istinadən xəbər verir ki,  bu barədə N.Nazarbayev özü xalqa müraciətində deyib.
 
Ölkə prezidenti səlahiyyətlərini növbəti seçkilərədək Qazaxıstan Senatının spikeri Kasım-Jomar Tokayev icra edəcək.
 
Qeyd edək ki, Nursultan Nazarbayev 1990-cı ildən ölkəyə rəhbərlik edib. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi.
 

Google+ WhatsApp ok.ru