Nurçuların ABŞ-da verdiyi rüşvət faktları ifşa olundu: Siyahıda Barak Obama və Hillari Klinton da var

 
Fətulla Gülənin ABŞ konqresmenləri və millət vəkillərini pulla satın almasına dair yeni faktlar üzə çıxıb.
 
Maide.az xəbər verir ki, senator Kelli Ayottenin ofisi “Gülən”çilərdən aldığı 43 min 100 dollar vəsaiti geri qaytarıb.
ABŞ-ın nüfuzlu qəzetlərindən USA Today yazır ki, konqres üzvləri ölkədə yaşayan F.Gülənin adamlarından aldıqları pulları geri qaytarmağa başlayıb. Qəzet nurçuların (Gülən camaatı, - red.) yüzminlərlə dollar vəsaiti qeyri-qanuni şəkildə ianə etdiyini aşkara çıxarıb.
Qəzetin şübhəli ianələrlə bağlı suallarını cavablandıran respublikaçı senator Kelli Ayottenin ofisi 30 aprel 2014-cü il tarixdə Gülən təşkilatına məxsus şəxslərdən aldıqları 43.100 dolları geri qaytardıqlarını açıqlayıb. Ayottenin ofisi sözügedən şəxslərdən ianə alan ABŞ prezidenti Barak Obama və hazırda prezidentliyə namizəd Hillari Klintonun da bu pulları geri qaytarmalı olduğunu bildirib.
Senator Ayotteyə rüşvət verən 19 şəxsin hamısı onun seçildiyi Nyu Hempşirdən kənarda yaşayır. Onlar “ianə” verdikləri senator haqqında heç bir şey bilmirlər. Lonq İslənd bölgəsində yaşayan İman Cəsari adlı nurçu elə bilir ki, qadın senator Ayotte kişidir. “Ayotte gözəl insandır, yaxşı işlər görür” deyən Cəsarinin senatorun hesabına 1.200 dollar vəsait qoyduğu məlum olub.  
 
Yenə Lobq İsləndə yaşayan və avtomobil təmiri emalatxanası işlədən Hayati Çamlıça da qadın senatorun kişi olduğunu zənn edir. Onun təkcə bir gündə senatora etdiyi “ianə”nin məbləği 2.400 dollar olub.    
  
Qəzet Ayotteyə eyni gündə “iane” verən 5 türkün yaşadığı yeri təsbit edə bilməyib. Eyni zamanda bəzi “ianə”çilərin işlədyi yerləri də müəyyən etmək mümkün olmayıb. USA Today “ianə” verənlərin bəzilərinin də Gülənə bağlı məktəb və qeyri-kredit təşkilatlarında işlədiklərini ifşa edib. Həm respublikaçılara, həm də demokratlara “ianə”lər paylayan Gülən camaatının üzvləri Texas senatoru Henri Kuellara  03 oktyabr 2013-cü ildə 22 min 500 dollar “bağış”layıb. 2 min 500 dollarlıq “ianə” edənlərdən biri Ohayo-Toledodakı bir Gülən məktəbinini müəllimidir. Ştatın rəsmi sənədlərində Akif Camızcı adlı bu müəllimiin ildə 37 min dollar qazandığını göstərilir. Amerika həyat şərtləri üçün bu qədər az illik qazancı olan bir müəllimin təkcə 1 dəfədə 2.500 dollar “ianə” etməsi ciddi suallar və şübhələr doğurub. Kuellara “ianə” verən digər bir şəxs, Mərkəzi Qərb Türk Amerika Vəqfinin keçmiş sədr müavini Bilal Ekşili isə illik qazancı 31 min 592 dolla olmasına baxmayaraq, 2010-cu ildən bu yana 38 min dollarlıq “ianə” ödənişləri edib.    
 
Qəzet sadalanan rüşvət faktları üzrə araşdırmalarına davam edir. /  
 

Google+ WhatsApp ok.ru