`Nusra cəbhəsi` Suriyadakı sülhə mane olmaq istəyir - Rusiya

"Əl Qaidə"nin Suriya oqlu olan "Nusra cəbhəsi" Suriya ərazisində təxribatlarını davam etdirərək əldə olunmuş nisbi atəşkəs rejiminin pozulması üçün əlindən gələni əsirgəmir
        
İslamazeri.az “Ria” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə,  “Suriyada düşmən tərəflərin barışdılıması üzrə Rusiya mərkəzi”-nin başçısı general-leytenant Sergey Kuralenko bildirib ki, "Nusra Cəbhəsi"(red: "Əl Qaidənin Suriya qolu) terrorçuları Suriyadaki sülh danışıqları prosesini pozmağa cəhd edir.
“İlk növbədə BMT təhlükəsizlik şurasının qəbul etdiyi 2249 saylı qətnaməyə əsasən terror təşkilatı kimi tanınmış "Nusra Cəbhəsi" və onun himayəçiləri, Suriyadaki vəziyyətin stabilləşməsində maraqlı deyillər və münaqişənin sülh yolu ilə həll edilməsi prosesini pozmağa çalışırlar.”, – deyə Kuralenko bildirib.
Kuralenkonun sözlərinə görə, "Nusra Cəbhəsi" tərəfindən Laziqiyyə əyalətinin şimal rayonalarında və Hələbdə gərginliyin artması istiqamətində edilən təxribatlar davam etməkdədir. Bundan əlavə, general qeyd edib ki, internetdə sülh prosesinin nüfuzdan salınması üçün böyük bir kampaniya aparılır.

Google+ WhatsApp ok.ru