Nüvə müzakirələrinin yeni raundu aprelin 22-də Vyanada

Avropa Birliyi yaxın gələcəkdə İran ilə altılıq qrupu arasında nüvə müzakirələrinin yeni raundunun başlanacağından xəbər verib.
Maide.az xəbər verir ki, Frans Press-in məlumatına görə, Avropa Birliyinin xarici siyasət idarəsi ötən gün  bəyanat yayaraq bildirib ki, İranın nüvə məsələsi haqda yekun razılaşmaya çatmaq üzrə danışıqlar aprelin 22-si və 23-də Vyana şəhərində keçiriləcək.
Avropa Birliyinin xarici siyasət idarəsi həmçinin bildirib ki, siyasi müdirlər səviyyəsində keçiriləcək Vyana danışıqları Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmit ilə İran xarici işlər nazirinin müavini Abbas Əraqçi arasında keçiriləcək.
Sonra isə Amerika, İngiltərə, Fransa, Rusiya və Çinin nümayəndələri bu danışıqlara qatılacaqlar./
 
 
 

Google+ WhatsApp ok.ru