Nüvə gəmisinin kapitanının istəyini Pentaqon rədd etdi

Nüvə gəmisinin kapitanının istəyini Pentaqon rədd etdi

ABŞ-da koronavirusa qarşı tədbirlərin görülməsində gecikdiyinə görə Donald Tramp hakimiyyətinə etirazların olduğu bir vaxtda, epidemiya Amerika ordusunda da yayılmağa başlayıb. Nüvə başlıqlı raketləri olan "Theodore Roosevelt" təyarədaşıyan gəmisində əsgərlər arasında koronavirus yayılmasından sonra gəminin kapitanı 4 min hərbçinin təxliyə edilməsi üçün Pentaqona məktub yazıb. Amma ABŞ müdafiə naziri Mark Esper onun tələbini rədd edib.

 
Maide.Az xəbər verir ki, həmçinin gəminin komandiri olan kapitan Brett Krozierin "San Francisco Chronicle" qəzetində yayımlanan dörd səhifəlik məktubunda, gəmidəki yüzlərlə əsgər və zabit arasında kifayət qədər karantin və izolyasiya mühiti olmadığını bildirərək, "müharibədə deyilik, əsgərlərin ölməsi lazım deyil", yazıb: "Hazırda qabaqlayıcı tədbir almasaq, ən etibar etdiyimiz dənizçiləri qorumaqda acizik deməkdir."
 
"CBS News" kanalına açıqlama verən müdeafiə naziri isə məktubu tam şəkildə oxumadığını, təyyarədaşıyan gəminin təxliyəsinə ehtiyac olmadığını, hazırda vəziyyətin o həddə çatmadığını deyib: "Quam adalarında lövbər salan gəmiyə tibbi yardım göndərmişik və gəmidə hazırda heç kəsin ciddi şəkildə xəstə deyil."
 
Gəmidə hazırda 80 nəfər koronovirusa yoluxub. "Reuters"ə açıqlama verən rəsmi şəxslər, hər kəsin testdən keçəcəyi vəziyyətdə bu sayın artacağını deyib.

Google+ WhatsApp ok.ru