Növbəti sürət qatarları Qəbələ və Yalama istiqamətlərində olacaq

Növbəti sürət qatarları Qəbələ və Yalama istiqamətlərində olacaq

Böyük ehtimalla növbəti sürət qatarları Qəbələ və Yalama istiqamətlərində olacaq.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
 
C.Qurbanov bildirib ki, artıq bu istiqamətlərdə işlərə başlanıb: “Tikinti işləri qaydasında gedərsə, növbəti ilin sonlarına Qəbələ istiqamətində yol təhvil veriləcək. Texniki imkanlarımız bunu reallaşdırmağa imkan verir. Növbəti istiqamət isə Yalama olacaq”.
 
QSC sədri əlavə edib ki, Bakı-Yalama yolunun tikintisi üçün artıq tender elan olunub: "Prosesin iki il çəkməsi gözlənilir, çünki bu yol daha mürəkkəbdir. Orada yeraltı və yerüstü keçidlər olacaq”.
 
Bu gün yola düşən Bakı-Gəncə sürət qatarlarına gəlincə, C.Qurbanov vurğulayıb ki, bu qatarların sürəti sınaq üçün 159 km/saat seçilib:
 
"Sürət ara-sıra dəyişir. Hazırda sürət saatda 130-135 km-dir. Qatarın texniki imkanları saatda 300 km sürətlə hərəkət etməyə imkan verir. Biz bu layihəni həyata keçirəndə maksimal sürəti 160 km/saat nəzərdə tutmuşuq. Gələcəkdə bu sürətin artırılmasını planlaşdırırıq”.

Google+ WhatsApp ok.ru