Növbəti İslam Həmrəyliyi Oyunları İstanbuldan Konyaya dəyişdirilə bilər

Növbəti İslam Həmrəyliyi Oyunları İstanbuldan Konyaya dəyişdirilə bilər

Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Əlaqələndirmə Komissiyasının növbəti iclası keçirilib.
 
Maide.Az "Report"a istinadla xəbər verir ki,  iclasda Türkiyənin Gənclər və İdman nazirliyinin rəsmiləri, şəhər bələdiyyəsinin başçısı, Türkiyənin İdman Federasiyalarının prezidentləri və İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə Komissiyasının üzvləri iştirak ediblər. Azərbaycanı İHİF-nın İcraiyyə Komitəsinin üzvü, Əlaqələndirmə Komissiyasının üzvü və “Qadın və İdman” Komitəsinin rəhbəri Könül Nurullayeva təmsil edib. 
 
İclas zamanı V İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar Oyunların tarixi, idman proqramı, rəsmi loqo və maskotu, veb-səhifənin buraxılması, ümumi qaydalar, iştirak haqqı, 2021-ci ilədək qərar veriləcək iş planı və s. məsələlər müzakirə ediib. Bununla bərabər iclasda Oyunların İstanbuldan Konyaya keçirilməsi əsas müzakirə mövzularından olub.
 
Bundan əlavə, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin XXXI iclasının və İHİF-in XI Baş Assambleyasının 2019-cu ildə Türkiyədə keçirilməsi haqda qərar qəbul olunub.
 
Eyni zamanda, K.Nurullayeva V İslam Həmrəyliyi Oyunları ərəfəsində Türkiyədə “Qadın: Cəmiyyətin tərkib hissəsi”, “Qadın və İdmanda Həmrəylik konfransı” mövzularında silsilə tədbirlərin keçirilməsi barədə təklif irəli sürüb.
 
Əlaqələndirmə Komissiyasının səfəri zamanı Türkiyə tərəfi Komissiyanın üzvləri üçün Konya şəhərində idman obyektlərinə baxış təşkil edib. 
 

Google+ WhatsApp ok.ru