Növbəti tədris ilindən təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq

Növbəti tədris ilindən təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq

"Təhsilin inkişafı dövlət strategiyasında əsas hədəflərdən biri olub".
 
"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda keçirilən konfransda deyib.
 
Nazir bildirib ki, 2013-2019-cu illərdə 3300-ə yaxın məktəb tikilib və təmir olunub: "Bu il respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib. Əvvəlki illərlə müqayisədə bu rəqəm 5 dəfə çoxdur. Əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib".
 
C.Bayramov qeyd edib ki, Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinə bu tədris ilində 8 istiqamət üzrə 231 tələbə qəbul edilib: "Gələn ildən tələbə sayının 1000 nəfərə çatırıdılması nəzərdə tutulur. Bu il həmçinin tələbələrə verilən təqaüdlərin həcmi 20% artırılıb, bu da 110 mindən çox tələbəni əhatə edib. Növbəti tədris ilindən təqaüd alan tələbələrin 50%-ə çatdırılması planlaşdırılır".
 

 

Google+ WhatsApp ok.ru