Növbəti iki həftədə təhsil onlayn qaydada həyata keçiriləcək

Növbəti iki həftədə təhsil onlayn qaydada həyata keçiriləcək

Qiymət və davamiyyətə görə şagirdlərin sinifdə qalması nəzərdə tutulmur.

2020/2021-ci tədris ilinin sonunda bütün şagirdlərin növbəti sinfə keçəcəyi planlaşdırılır. Yəni, qiymət və davamiyyətə görə şagirdlərin sinifdə qalması nəzərdə tutulmur.

 
Maide.Az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
 
Bu, mövcud pandemiya vəziyyəti ilə əlaqədardır.
 
Onun sözlərinə görə, hər bir şagird təhlisini davam etdirəcək.
 
O bilditib ki, ölkədə bir sıra onlayn platformaların işinin bərpası istiqamətində işlər aparılıb.
 
Onun sözlərinə görə, aidiyyəti orqanlarla birgə testlər aparılıb:
 
"Bir çox hallarda görürük ki, insanların VPN-lərdən istifadəsi problem yaradır. Artıq istifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək".