NİYƏ İFTAR XURMA İLƏ AÇILIR?

NİYƏ İFTAR XURMA İLƏ AÇILIR?

-- `Mümkün olduğu qədər sübh yeməyində xurma yeyin`

Quranda adı çəkilən 3 meyvədən biri olan xurma ərəb dünyası üçün “səhra çörəyi” simvoludur. Məhəmməd Peyğəmbər (s) ilk Ramazanın ilk iftarını xurma ilə açdı və bunu tövsiyə etdi: “Mümkün olduğu qədər sübh yeməyində xurma yeyin”.
 
Təbii şirniyyat olan xurma insana güc verir, böyrək, ürək, qaraciyəri möhkəmləndirir. Bağırsaqlarda faydalı bakteriyaların inkişafına yardım edir. Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvədən çoxdur.
 
Xurmanın tərkibi: şəkər, zülal, karbohidrat, dəmir, maqnezium, fosfor, A, B1, B2 vitaminləridir. Orucun su və xurma ilə açılması saatlarla ac olan beyin, mədə və bağırsaqların hazırlanması, özünə gəlməsi üçün ən ideal variantdır. Məhz xurma bağırsaqları, ümumilikdə selikli qişanı iftar zamanı yemək qəbuluna hazırlayır, normal fəaliyyətə kömək edir. Xurma damarları yumşaldır, sinir hüceyrələrini lazım olan qlükoza ilə təmin edir. Xurma qəbizlik, həzm pozğunluğu, ürək bulanma, iştahasızlıq kimi problemlərə çözümdür.
 
Xurma antioksidantdır. Bu da xərçəng hüceyrələrinə qarşı müdafiə qabiliyyətini artırır. İnsan ac olarkən dili üzərində, ağız boşluğunda, mədə yolu və bağırsaq qişasında bakteriya dolu ərp yaranır, orqanizm təmizlənir. Əgər insan başqa ərzaqla iftarı dərhal açarsa, bu, toksin maddələr elə orqanizmdə qalır, mədəyə düşərək, bədəndən ixrac olmur; amma xurma və su bu zərərli maddələri özünə hopdurur və yenidən orqanizmə yayılmasına imkan vermir. Ona görə əsrlər keçsə də xurma iftar süfrəsindəki şah yerini qoruyub saxlayır.
 
Təzə xurmanın tərkibindəki pitosin maddəsi qadınların reql sancılarını azaldır. Xurma həmçinin ürək-damar xəstəlikləri riskini azaldır. Kişilərdə spermin artımını təmin edir. Bağırsaqların normal işləməsinə yardım göstərir və qəbzliyi aradan qaldırır.
 
Xolestrolun miqdarının aşağı düşməsinə təsirlidir. Bağırsaq xərçənginə qarşı da xurmadan istifadə tövsiyə edilir. Tərkibindəki flavonoid, polifenol antioksidan olaraq bilinən tanin maddəsi var. Tanin iltihabı, vücuddakı qanamaları önləyir. Xurmanın tərkibində sodium, potasium, kalsium, dəmir, maqnezium, sink, kükürd, xlor, fosfor, florin digər meyvələrə nisbətən 3-4 dəfə çoxdur.  (Maide.Az)

 

Google+ WhatsApp ok.ru