Nyu-Yorkda Quranın nadir nüsxələri auksiona çıxarılacaq-FOTO

Nyu-Yorkda Quranın nadir nüsxələri auksiona çıxarılacaq-FOTO

-- eləcədə 200-dən çox İslami əsər auksiona çıxarılacaq

2018-ci ilin aprel ayının 20-də New Yorkda Quranın  bəzi nadir  nüsxələri və eləcədə 200-dən çox İslami əsər auksiona çıxarılacaq. 
 
Maide.Az xəbər verir ki, auksionda 12-ci yüz ilə aid  İran və ya  Orta Asiyaya məxsus  gözəl Kufi xətti ilə yazılmış nadir Quranın bir nüsxəsi satışa çıxarılacaq.  Ilkin qiyməti 313 min dollar müəyyən edilib. 
 
Hərraca çıxarılacaq daha bir əsər üzərində qızıl ulduzlar olan yaşıl rəngli metal rəhildir. Bundan başaq  Ali Muhamməd Mektub Əl Əşrəfin xəttatlığı ilə yazılmış  Quran  nüsxəsidir ki, bu nadir nüsxə Misirdə 1370 –ci ildə  İbrahim əl Amidi tərəfindən  təzhib edilib. 
 
Xüsusi kolleksiyada çox nadir nümunələr  Timur dövründən qalma saxsı qablar,  ipək geyimlər, rəsm əsərləri, astronomiya, riyaziyyat və tibbdə çox önəmli olan qədim əlyazmalalar hərraca çıxarılacaq. 
 
 

Google+ WhatsApp ok.ru