Nyu-Yorkda anti-islamofobiya aksiyası keçirilib

Amerika müsəlmanları ölkədə genişlənməkdə olan islamofobiya əleyhinə Nyu-Yorkda aksiya keçiriblər.

Maide.Az xəbər verir ki, bu barədə PressTV məlumat yayıb. Müsəlmanlar Nyu-Yorkun "Islamberq" məntəqəsində aksiya keçirərək, Amerikada müsəlmanların incidilməsiə etiraz ediblər.

Bu aksiya bir müddət öncə İslamofobiya tərəfdarlarının keçirdikləri aksiyaya cavab olaraq keçirilib.

İslamofobiya tərəfdarları müsəlmanlar və İslam dini əleyhinə şüarlar səsləndirərək, "İslamberq" məntəqəsi sakinlərini terrorçu yetişdirməkdə ittiham ediblər.
İnanclılar tərəfindən keçirilən  aksiyada, müsəlmanlar bütün dinlər arasında sülh və dostluq şüarı verərək, Amerikada hər bir vətəndaşın ən azı bir müsəlman ilə tanışlığa malik olduğunu bildiriblər.

Qeyd edək ki, Kaliforniya Ştatı, San Bernardinyo şəhərində törədilən terror aktının ardınca Amerikada İslamofobiya genişlənib.

Google+ WhatsApp ok.ru