Nyu-Yorkda ebola həyəcanı 24 Oktyabr 2014 01:00 Sağlamlıq Ebola virusuna yoluxmuş xəstələri müalicə edən həkimin Qvineyadan ezamiyyətdən Nyu-Yorka qayıtdıqdan sonra özünün yoluxmuş olduğu aşkarlanıb. Maide.az xəbər verir ki, 33 yaşlı Kreyt Spenser Manhetten xəstəxanalarından birinə yatırılıb və karantin elan edilib. Şəhər hakimiyyəti bəyan edir ki, tibb işçisinin son günlərdə əlaqədə olduğu insanları müəyyənləşdirirlər. Bu hadisəyə qədər ABŞ ərazisində oktyabrın əvvəlində Ebola virusundan yoluxma nəticəsində Dallas xəstəxanasında Liberiya vətəndaşı və ona qulluq edən iki tibb işçisi həlak olmuşdu. Buna baxmayaraq Ebola virusuna yoluxma hadisəsi Malidə ilk dəfə qeydə alınıb, ölkənin səhiyyə naziri bildirib. Ölümcül xəstəlik, bu yaxınlarda Qvineyadan qayıdan iki yaşlı qızda qeydə alınıb. Qız Kaes şəhərinin xəstəxanasına yerləşdirilib. Mali Ebola virusunun bulaşdığı altıncı Qərbi Afrika ölkəsi oldu. Ümumdünya Səhiyyə Təşkilatının bu günə olan məlumatına görə bu xəstəlikdən 4 877 nəfər həlak olub. Teqlər : #NyuYorkda ebola həyəcanı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yod çatışmazlığı zehini zəiflədir Gecə növbələrinin işçiləri dəmirlə zəngin məhsulları az yeməlidirlər
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir