Nyu-Yorkda foto-sərgi təşkil olunacaq – Müsəlmanlar haqqında  - FOTO

Nyu-Yorkda foto-sərgi təşkil olunacaq – Müsəlmanlar haqqında - FOTO

Fevral ayının 18-də Nyu-York şəhər muzeyində müsəlmanlar haqqında foto-sərgi təşkil olunacaq.
  
Maide.Az xəbər verir ki, Amerikanın Nyu-York şəhər muzeyi bu şəhərdə yaşayan müsəlmanlar və islami camiə ilə bağlı xüsusi foto-sərgi təşkil edir. 
 
Foto-sərginin təşkilindən məqsəd Nyu-York cəmiyyətində müsəlmanların zəngin və köklü mədəniyyətini göstərməkdir.  Sərgidə nümayiş olunacaq fotolar Amerikanın tanınmış 4 fotoqrafı tərəfindən çəkilib. Fotolardan bəzisi 1940-cı illərə aiddir, digər fotolar isə son 30 ilin fotolarıdır. 
 
Sərgidə həmçinin müsəlmanların XVII əsrdə Nyu-Yorkda olduğuna dair fotolar sərgilənəcək. Bildirilir ki, Manhattan bölgəsi o zaman kiçik bir Suriyanı xatırladırdı və orada müsəlmanlar məskunlaşmışdır. 1960-cı ildən müsəlmanların Nyu-Yorka köçü artıb və hazırda Nyu-Yorkda 300 min müsəlman yaşayır.
 
Sərgidə nümayiş olunacaq fotolardan bəzisini təqdim edirik: 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru