Nyu-Yorkda polis zorakılığına qarşı etiraz aksiyaları başlayıb

Nyu-Yorkda yüzlərlə vətəndaş polisin insanlara qarşı zorakılığına etiraz etmək üçün aksiya keçiriblər. Onlar şüarlarında saxlanılarkən polis tərəfindən öldürülən Erik Qarner və Uolter Skotun adını səsləndiriblər. Nümayiş ABŞ-ın 28 rayonunda keçirildiyini qeyd ediblər. 
 
Son vaxtlar ABŞ-da polisin öldürdüyü qaradərili amerikalıların sayı artıb. Xüsusilə afroamerikalı Erik Qarnerin Nyu-Yorkda saxlanılarkən polis tərəfindən boğulması və Missuri ştatında Maykl Braunun polis tərəfindən güllələnməsi əhali arasında xüsusi narahatlıq yaradıb. 
 
Sonuncu hadisə isə bu ilin aprelində Cənubi Karolina ştatında Çarlston şəhərində baş verib. Həmin vaxt polis Maykl Sledcer 50 yaşlı silahsız yerli sakin Uolter Skotun kürəyinə 50 dəfə atış açıb. Polis qaradərili amerikalının onun elektroşok cihazını götürdüyünü və öz həyatı üçün qorxduğundan ona atəş açdığını bildirib. Lakin yayılan videogörüntüdə hadisə zamanı ölən şəxsin silahsız olduğu görünür.

Google+ WhatsApp ok.ru