Nyu-Yorkda Qüds aksiyası keçirildi - FOTO

Nyu-Yorkda Qüds aksiyası keçirildi - FOTO

-- “Qüds Fələstinin paytaxtıdır”

ABŞ-ın sionist işğalçı İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi və Qəzzada kütləvi qətliam əleyhinə Nyu-Yorkda aksiya keçirilib.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, etirazçlar “Fələstini irqçi işğaldan xilas edin”, “Qüds Fələstinin paytaxtıdır”, “Böyük Qayıdış Yürüşü” kimi şüarların yazıldığı plakatlar nümayiş etdiriblər.
 
Qeyd edək ki, sionist əsgərlərin Qəzzada fələstinlilərə atəş açması nəticəsində 59 nəfər şəhid olub, 2771 nəfər isə yaralanıb.
 
 
 
 

Google+ WhatsApp ok.ru