Nyu-Yorkda Tramp binasının qarşısında 'Qaraların həyatı vacibdir' yazılıb

Nyu-Yorkda Tramp binasının qarşısında 'Qaraların həyatı vacibdir' yazılıb

ABŞ-ın Nyu-York şəhərində “Trump Tower” binasının qarşısındakı küçəyə “Qaraların həyatı vacibdir” yazılıb.  

 
Manhetten ticarət mərkəzi 5-ci prospekt üzərində yerləşən prezident Donald Trampa məxsus binanın qarşısında “Qaraların həyatı vacibdir” yazısı böyük sarı hərflərlə yazılıb.
 
Bu vaxt Nyu-Yorkun meri Bill de Blasio və afroamerika camaatının aparıcı liderləri də ərazidə olublar.
 
  Tramp bir müddət əvvəllər Tvitter üzərindən verdiyi açıqlamasında sözügedən rəngləmə qərarını tənqid edərək, belə demişdi: “Bu yazı lüks prospektin dəyərini aşağı salacaq və Nyu-York polisini daha da qəzəbləndirəcək”.
 
  De Blasio isə Trampa belə cavab vermdi: “Başa düşmədiyin budur ki, 5-ci prospekti qaradərililər qurublar. Lüks dediyiniz şey, onların əməyinin nəticəsidir. Biz onları bu yazı ilə şərəfləndiririk”.  
 
“Qaraların həyatı vacibdir” yazısı ilk dəfə Vaşinqton bələdiyyəsi tərəfindən iyunun əvvəlində Minneapolisdə öldürülən afoameikalı Corc Floyd üçün paytaxtda keçirilən etirazların mərkəzinə çevrilən 16-cı prospektin ortasında yazılmışdı.
 
  Nyu-York meri Bill de Blasio da şəhərin 5 əsas küçələrində bu şüarın yazılacağını açıqlamışdı və indiyə qədər Bruklin, Manhetten, Harlemdə bu şüar yazılıb. /deyerler.org/  
 

Google+ WhatsApp ok.ru