Nyu-York metrosunda İslam təbliğat çarxı quraşdırılıb

Nyu-York Nəqliyyat İdarəsi Amerika müsəlman komediya ustaları haqqında çəkilən sənədli filmlə bağlı reklam çarxının quraşdırılmasına razılıq verməyə məcbur olub
 
Maide.az xəbər verir ki, həmin sənədli filmin reklamı metro stansiyalarında quraşdırılmazdan əvvəl bir Federal hakim sözügedən filmi səhvən “siyasi” qiymətləndirərək onu qadağan etmişdi.
 
Müsəlmanlar tərəfindən bu məsələnin araşdırılması nəticəsində, nəhayət ki, bunun siyasi bir film olmadığı sübüta yetirilərək qadağa aradan qalxıb və Nyu-York Nəqliyyat İdarəsi reklam çarxının quraşdırılmasına məcbur olub.
 
Bu məhkəmə işi ilə məşğul olan vəkil “Golen Katon” deyib: Buna çox sevinirik. Təkcə ona görə ki, həmin komediya müsəlmanlar və ya İslam haqqındadır, onu mübahisəli yaxud siyasi adlandırmaq olmaz.
 
“Müsəlmanlar gəlirlər” komediya filmi ötən ilin aprel ayından indiyədək qadağan edilmişdi. “Manhetten” dairə Məhkəməsinin hakimi “Collen Mocemhen” bildirib: Fanatizmə və islamofobiyaya yumor ilə etiraz edən bu film əsla siyasi mahiyyət daşımır.
 
Metro stansiyalarında quraşdırılan bu təbliğatın məqsədi Amerika Azadlığını müdafiə edən antiislam qruplaşması və və onun antiislam rəhbəri Pamela Goler tərəfindən həyata keçirilən antiislam təbliğatı ilə mübarizə aparmaqdır.
 
Bu ilin əvvəllərində, həmin qruplaşma tərəfindən İslam dininin, Qurani- Kərimin və müsəlmanların təhqir olunduğu bir antiislam kampaniyası aparılmışdı.
 
Pamela Goler indiyə qədər müxtəlif yollarla Quranı və müsəlmanları təhqir edib və antiislam əhval-ruhiyyəsinin yaranması üçün öz əməllərinə davam edir.
 
Amerikada antiislam fanatizminin yayılması istiqamətində fəallıq göstərən təşkilatların və ayrı-ayrı şəxslərin əməlləri haqqında sənədli film hazırlayan Amerika- İslam Əlaqələri Şurası nəzdində İslamofobiyaya Nəzarət Qrupu Golerin islamofob hərəkətlərini nəzarətdə saxlayır./

Google+ WhatsApp ok.ru