Nyu-York polisi müsəlman qadını hicabını açmağa məcbur edib

Nyu-York polisi müsəlman qadını hicabını açmağa məcbur edib

Nyu-York polisi səbəbsiz və səhvən həbs saxlanılan müsəlman xanımı hicabını açmağa məcbur edib. 
 
Maide.Az xəbər verir ki, “The New York Post” yazır ki, 4 uşaq anası olan müsəlman qadın jurnalistlərə deyib ki, məni təhqir edən və hicabımı açmağa məcbur edən polislərdən məhkəməyə şikayət edəcəm. 
 
34 yaşlı Rubab Musa bildirib ki, Midtovn Starbuks meydanında yolda gedərkən polis onu “pis davranış” ittihamı ilə saxlayıb, daha sonra polis bölməsinə apararaq orada digər kişi polislər və məhbusların qarşısında hicabını açmağa məcbur ediblər. 
 
Xanım R.Musanın vəkili bildirib ki, Nyu-York polis zabitləri onun hicabını açmağa məcbur etməklə bu müsəlman qadının dini azadlıqlar hüququnu pozub ona ruhi sarsıntı yaşadıb. Bunun müqabilində cavab verilməlidir. 

Google+ WhatsApp ok.ru