Nyu-York qubernatoru ‘Polis İslahatı haqqında Qanun’ layihəsini təsdiqləyib 13 İyun 2020 09:17 Dünya Nyu-York ştatının qubernatoru Endryu Kuomo “Polis İslahatı haqqında Qanun” layihəsini təsdiq edib. Qanun layihəsi afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə qarşı kütləvi etirazlar başlayandan sonra hazırlanıb. Məlum etiraz aksiyalarından sonra polislə bağlı yeni müddəaları özündə əks etdirən qanun layihəsi ştatın qanunverici orqanı tərəfindən qəbul edilib. “Biz bütün ölkəyə necə davranacağımızı nümayiş etdirməliyik”, deyən qubernator polis və cəmiyyət arasında etimadın bərpa edilməsinin vacibliyini bildirib. Endryu Kuomo əlavə edib ki, polis öz vəzifələrini səmərəli icra edə bilmir. Yeni qanuna görə, polis əməkdaşları saxladıqları şəxsə qarşı sərt boğma üsullarından istifadə etdikləri təqdirdə onları 15 ilədək həbs cəzası gözləyir. Eyni zamanda silahsız vətəndaşın polisin müdaxiləsi zamanı öldüyü zaman Baş prokurora bütün işlərə baxmaq səlahiyyəti verilir. /APA Teqlər : #NyuYork,#ABŞ,#polis,#irqçiliy , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəstəlik 395 milyondan çox insanı 'ifrat yoxsulluq həddinə' sürükləyə bilər Əfqanıstanda ‘Taliban’çılar 7 polis əməkdaşını öldürdü
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO