Nyu-York Times: “Dünya səud rejiminin əkdiyini biçir“

New-York Times-da çap olunan "Dünya səudların əkdiyini biçir" adlı məqalədə Səud rejiminin dünyaya vəhabiliyi necə yayması araşdırılıb.
 
İslaminSesi bildirir ki, məqalədə Səudların ABŞ-ın əhəmiyyətli mütəfiqi olduğu və "düşmənlərindən ABŞ -ın yardımı və onun silahları ilə qorunduğu" yazılıb. Lakin bütün bunların müqabilində milyonlarla dollar xərcləyərək dünyada vəhabiliyi yayması bildirilib. 
 
Yazıda 11 sentiyabr hadisələrinə ilham verən və sünni məzhəbinin radikal qolu kimi dəyərləndirilən vəhabilik İŞİD-in əsas səbəbi kimi göstərilib. 
 
Yazıda həmçini 1,8 milyon əhalisi olmağına baxmayaraq İŞİD-ə ən çox qoşulan Kosovanın olduğu bildirilib. İndiyə kimi İraq və Suriyada 2 kosovalı kamikadzenin, 44 qadının və 28 uşağın olduğunu qeyd edən məqalə yazarı bu göstəricilərlə Kosovanın Belçikanı belə geridə qoyduğunu qeyd edib. Buna yenə səbəb olaraq Səud və Körfəz ölkələrini göstəriblər. 
 
Kosovalı bir rəsminin səud rejiminin insanları yoldan çıxara biləcək şəxsləri hədəfə aldığınıl və onlara "cihad" təbliğatı apardığı məqalədə yazılıb. 
 
Məqalədə ABŞ və NATO-nun Kosova və Serbiyadakı müstəqiliyə çoxlu sərmayə qoyduğu və səud rejiminin bundan öz mənfəətinə istifadə etdiyi yazılıb. ABŞ və qərbin illərdi buna göz yumduğu da qeyd olunub. /

Google+ WhatsApp ok.ru