Nyu-Yorkun mərkəzində atışma nəticəsində 8 nəfər ölüb, 15 nəfər yaralanıb

Nyu-Yorkun mərkəzində atışma nəticəsində 8 nəfər ölüb, 15 nəfər yaralanıb

-- Yük maşını idarə edən şəxs avtomobili velosiped zolağına çıxararaq velosipedçilərin üzərinə sürüb

ABŞ-ın Nyu-York şəhərinin mərkəzində atışma olub, insident nəticəsində  8 nəfər ölüb, 15 nəfər isə yaralanıb. 
 
İnsident polis tərəfindən terror aktı kimi qiymətləndirilib, istintaq Federal Tədqiqatlar Bürosu tərəfindən aparılır.
 
Qeyd edək ki, yük maşını idarə edən şəxs avtomobili velosiped zolağına çıxararaq velosipedçilərin üzərinə sürüb. Daha sonra məktəb avtobusu ilə toqquşan avtomobildən düşən silahlı sürücünü polislər atəş açaraq yaralayıblar.
 
Onun şəxsiyyəti müəyyən edilib və hazırda o dindirilir. Nyu-York meri Bill de Blazio hadisə yerinə gəlib. Hadisə barədə ABŞ prezidenti məlumatlandırılıb.  (apa)
 
 

Google+ WhatsApp ok.ru