Nyu Yorkda etiraz aksiyası keçirilib

ABŞ-da polis tərəfindən öldürülən qara dərili yeniyetmənin xatirəsinə həsr olunan etiraz aksiyası keçirilib
 
Maide.az-ın “İtar-tass”-a istinadən verdiyi xəbərə görə, ABŞ-ın Nyu York şəhərində 18 yaşlı qara dərili yeniyetmənin öldürülməsinə etiraz olaraq aksiya keçirilib. 
 
Nyu Yorkun Tayms meyanında Mayk Braunun xatirəsini yad edən etiraz aksiyası iştirakçıları Union meydanına və Brodvey küçəsinə yürüş edərək, “Biz hamımız həmrəyik!“ şuarlarını səsləndiriblər.
 
Qeyd edək ki, 18 yaşlı qara dərili Mayk Braun polis tərəfindən Missuri ştatının Ferqyuson şəhərində avqustun 9-da güllələnərək öldürülüb. Yerli əhali günahsız qara dərili həmyerlilərini öldürən polis zabitinin adının açıqlanması tələbi ilə etiraz aksiyalarına başlayıblar. Polis aksiyaları göz yaşardıcı qazla yatırdıb. islamazeri /

Google+ WhatsApp ok.ru