Nyu Yorkdakı Morqan Kitabxanasında üç tarixi Quran qorunur - FOTO

Nyu Yorkdakı Morqan Kitabxanasında üç tarixi Quran qorunur - FOTO

"Kitabçı" tvitter səhifəsi ABŞ-ın Nyu-York ştatındakı Morqan Kitabxanasında qorunan üç tarixi Quranın səhifəsinin şəkillərini paylaşıb.
 
Maide.Az "Al Youm Al Seba" saytına istinadla  xəbər verir ki, bu Quranların 440 yaşı var.
 
Quran səhifələrindən birində "Həmd" surəsi qeyd olunub və 1580-ci ilə aiddir.  İranın Şiraz şəhərindən Morqan kitabxanasına aparılıb. Digər iki nüsxə 1832-ci il Osmanlı hökumətinə aiddir və "İsra" surəsi qeyd edilib. 1800-ci ilə aid qırmızı üzlü Quran isə Kəşmirdə hazırlanıb.
 
Morqan Muzeyi və Kitabxanası dünyanın ən böyük sənət, ədəbi, musiqi və tarixi xəzinələrindən biridir. Orta əsrlərdən XX əsrə qədər bir sıra nadir kitablar əlyazma və rəsm əsərlərini qoruyur.
 
1906-cı ildə dünyanın ən güclü və varlı iş adamlarından biri olan və Amerika tarixinin mühüm investorlarından olan GP Morqanın fərdi evində təsis edilmişdir.

Google+ WhatsApp ok.ru