Nyu Yorkdakı qocalar evlərində koronavirus biabırçılığı

Nyu Yorkdakı qocalar evlərində koronavirus biabırçılığı

Koronavirus epidemiyası zamanı qocalar evi sakinlərinin necə qorunduğuna dair araşdırma başladıqdan sonra ABŞ-ın Nyu York ştatı mövcud virus ölümlərindən başqa 1700 yeni ölümün olduğunu aşkarlanıb.

 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, ştat qubernatoru Endryu Kuomo tərəfindən dünən axşam açıqlanan yeni siyahıya görə, 1 mart tarixindən etibarən ştatdakı 613 qocalar evinin 351-də ən az 4 min 813 Kovid-19 ölümü təsdiqlənib.
 
Yenilənən ölüm sayına qocalar evində olarkən xəstəliklərinə görə xəstəxanaya yerləşdirildikdən sonra ölənlərin sayı daxil edilməyib. Buna baxmayaraq, qocalar evlərində ölənlərin sayı, Nyu Yorkdakı Kovid-19 ölümünün dörddə biri ilə beşdə biri arasındakı rəqəmə uyğun gəlir.
 
Yaşlı qocalar evlərində Kovid-19 hadisələrinin tez və dəqiq aşkarlanmamasına səbəb kifayət qədər və ardıcıl test materiallarının olmamasıdır. Buna görə qocalar evlərində və müharibə veteranları evlərində əvvəllər bildirildiyindən daha çox ölüm hadisəsi baş verib.
 

Google+ WhatsApp ok.ru