Nyu Yorkdakı zənci qətli şəhəri ayağa qaldırdı - VİDEO

Nyu-Yorkda polisin silahsız olan qaradərili vətəndaşı güllələməsi böyük etirazlara səbəb olub. Maide.az xəbər verir ki, sosial şəbəkələrdə hadisə ilə bağlı qruplar və səhifələr açılıb, müzakirələr və etirazlar daha da aktivləşib. İstifadəçilər yalnız həlak olmuş Erik Qarner ailəsinə öz başsağlıqlarını yazmırlar, həm də etiraz aksiyalarının keçirilməsi barədə təşkilatlanırlar. Bütün bunlar isə şəhərdə qarçıdurmalara səbəb olar bilər, hansı ki, hazırda Fergusonda yaşanır.
 
Bir neçə saat ərzində minlərlə sadə amerikalı "Tvittere"də öz narazılıqlarını ifadə ediblər. Onlardan bir çoxu problemə qlobal şəkildə baxırlar və ABŞ-da qaradərili əhaliyə münasibətdən qəzəblənirlər. İnsanlar Maykl Braunun işi üzrə bəraət alan polis əməkdaşı Darren Uilsonla paralellər aparırlar. 
 
Yüzlərlə istifadəçi yazır ki, "əgər polis Erik Qarnerin qətli üçün məsuliyyət daşımırsa, onda kim daşıyır?"

Google+ WhatsApp ok.ru