Nyu Yorkda qadınlar üçün taksilər - Video

Nyu York küçələrində qadınlar üçün xüsusi taksilər fəaliyyətə başlayıb.
Maide.az-ın məlumatına görə, qadınların rahatlıq və təhlükəsizliyini qadın sürücülər təmin edəcəklər. 
Hələki belə xidmətə yalnız Nyu Yorkda rast gəlmək olar,lakin təşkilatçılar bu xidməti ABŞ-ın digər şəhərlərində də həyata keçirməyi planlaşdırırlar. 
Qadın sürücülərin xüsusi formaları yoxdur, onun yerinə cəhrayı şərf və eyni rəngdə dodaq boyası var. 
Yeni xidmət SheRides adlanır - "qadın sürür" kimi məna verir. 
Statistikaya əsasən Nyu Yorkda hər gün 600 min dəfə taksidən istifadə olunur. Sərnişinlərin yarısından çoxu qadınlardır, qadın sürücələr isə cəmi 3% təşkil edir. 
Qadınların bir-biri ilə rahat əlaqə saxlaması üçün smartfonlar yardım edir. 
SheRides servisinin sürücüsü Dinora Dekrus bildirir ki, " Mən düşünürəm ki, belə işləmək daha təhlükəsizdir, çünki biz nağd pulla iş görmürük və müştərilərimizin 90% qadınlardır. Bəzən kişilərdə zəng edir. Qadınları səhərlər taksi ilə aparanda, çox zaman gecikirlər, maşında bəzənirlər, bunları kişilər heç zaman etməzdi. Bəzən isə qadınlar yolda mənə problemlərini də danışırlar. " 
Qeyd edək ki, bundan öncə ABŞ-da oğlan və qızların ayrı-ayrılıqda tədrisi məsələsinin də  getdikcə populyarlıq qazanması ilə bağlı xəbər verilmişdi. ABŞ Federal Təhsil Nazirliyinin məlumatına əsasən, ölkədəki 750 dövlət məktəbində 1 "eynicinsli" sinif və 850 tam "eynicinsli" məktəb var. Pedaqoqların fikrincə, belə tədris şagirdlərin müvəffəqiyyətini yaxşılaşdırmağa kömək edir. Aparılan sınaq imtahlarının nəticələri də bu fikri təsdiq edir.  //
 

 

Google+ WhatsApp ok.ru