Nyu York polisi bu il daha az adam öldürərək medianı heyrətə salıb

Nyu York polisi bu il daha az adam öldürərək medianı heyrətə salıb

-- Polis 23 adama atəş açıb

ABŞ-da xüsusilə qara dərililərə qarşı etdikləri zorakılıqla adı hallanan polis bu dəfə qeyri-adi göstərici ilə gündəm olub.
 
Nyu York polisi 2017-ci il boyunca 23 adama atəş açıb. Həmin şəxslərin 9-u dünyasını dəyişib. Qeyd edək ki, polis keçən il 37 nəfərə atış açmışdır. Bu rəqəm 2005-ci ildə 59 nəfər, 1997-ci ildə isə 147 nəfər olmuşdur. Lakin bu da məsələnin tam həlli deyil. Çünki silahla atış azalsa da, şokedici  alətlərdən istidfadə də artış müşahidə olunur. Xüsusilə polisin insanları şoka salan cihazlardan sərhədsiz istifadəsini əks etdirən görüntülər böyük səs-küy yaratmışdı. 
 
Qeyd edək ki, Nyu York polisi ABŞ-da ən böyük polis təşkilatlarından biridir. 34 min polis hazırda o təşkilat daxilində fəaliyyət göstərir. Hyu York polisinin insanlara atəş açma rəqəmi bu il az olsa da, bunu Çikaqo və Los Anjelos barədə demək olmaz. Çünki Çikaqoda keçən il 65, Los Anjelosda isə 42 nəfər güllələnmişdi. Bu rəqəm bu il də dəyişməz qalıb. (islaminsesi)
 

Google+ WhatsApp ok.ru