Nyu York polisi dekabr ayında 331 aksiya iştirakçısını həbs edib

"Nyu York polisi dekabr ayında 331 aksiya iştirakçısını həbs edib."
Maide.az xəbər verir ki, bu haqda məlumatı Nyu York polis idarəsinin rəhbəri Uiyam Bretton bildirib. 
Onun sözlərinə görə saxlanılan 331 nəfərdən 6-sı polis zabitlərinə hücum etdikləri üçün saxlanılıblar. 
 
Daha 6 etirazçı da axtarışdadır, məlumata görə onlar 2 Nyu York polisini döyməkdə günahlandırılırlar. 
 
Uilyam Bretton bildirib ki, "Biz polis işçilərinə hücum məsələsinə hər zaman ciddi yanaşmışıq və bu hər zaman belə də olacaq". 
 
Ötən həftənin şənbə günü keçirilən etiraz aksiyalarında 30 minə yaxın insan iştirak edib. 
 
Ümumilikdə, dekabrın 3-dən bu günədək baş verən aksiyalar Nyu York  büdcəsinə 22,9 milyon dollar ziyan vurub. 
 
Brettonun sözlərinə görə, bu məbləğ təhlükəsizliyin qorunmasına, polis əməkdaşların əmək haqqına sərf olunub. 
 
Xatırladaq ki, ABŞ-da aksiyalar avqust ayında polis əməkdaşı Darren Uilsonun Fergunson ştatında 18 yaşlı afroamerikalı Maykl Braunu güllələdikdən sonra baş qaldırıb. Ölkədə baş verən çaxnaşmalar isə noyabrın 24-də Uilsona məhkəmə qərarı ilə cəza verilməməsindən sonra daha da şiddətlənib.

Google+ WhatsApp ok.ru