`Nyu York Times`: Obama Ayətullah Xameneyidən ABŞ-a icazə istədi

Maide.az "Təsnim" xəbər agentliyinə istinadən xəbər verir ki, Amerikanın "New York Times" qəzeti ABŞ prezidenti Barak Obamanın ötən ay İslam İnqilabının Rəhbəri, Ali Lider Ayətullah Əli Xameneiyə yazdığı məktubda İŞİD ilə mübarizə məsələsində iki ölkənin ortaq maraqlarını vurğulayaraq, ABŞ-ın bölgədəki varlığı məsələsində bəzi istəklər irəli sürdüyünü yazıb.
 
Amerikalı mənbənin "New York Times"a dediyinə görə, Obama sözügedən məktubda ölkəsinin Yaxın Şərq bölgəsində yalnız İŞİD terroru ilə mübarizə aparmaq üçün olduğunu bildirərək, bunun İranın da xeyrinə olduğunu söyləyib. Amerikalı səlahiyyətli Obamanın bu məktubda belə yazdığını qeyd edir: "Biz yalnız İŞİD-ə qarşı mübarizə üçün Orta Şərqdəyik və bu işi aparmaq üçün bizə icazə verin, çünki bu sizə də yardımçı olacaq".
 
"New York Times" məktubun digər hissəsində də İranın nüvə enerjisi mövzusu haqqında Obamanın bəzi məsələləri irəli sürdüyünü yazır.

Google+ WhatsApp ok.ru